Ukraynada yaralanmış soydaşımız a danışdı: “Yaxşıyam, bu gün əməliyyat olunacam...”

18.01.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, əslən Bərdə rayonunun Alpoud kəndindən olan soydaşımız Təyyar Bəşirzadə Ukraynanın Pokrovsk şəhərinin Putin işğalçılarından müdafiəsi zamanı yaralanıb.

Moderator.az əməkdaşı yaralı həmyerlimizlə əlaqə saxlayıb.

Yaralı olduğu üçün qısa danışan Təyyar Bəşirzadə bunları söyləyib: 

“Sağ olun. Mənəvi dəstəyə görə xalqımıza, jurnalistlərə təşəkkür edirəm. Narahat olmayın, yaxşıyam, bu gün əməliyyat olunacağam...”

Qeyd edək ki, Təyyar Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, Ukrayna vətəndaşıdır. O, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub...

Allah tezliklə igid həmyerlimizin şəfasını versin! Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!..

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью