Ukraynada yeni lider: Arda Turanın Şaxtyor u

21.04.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Ukrayna Premyer Liqasında XXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün yeganə matçında "Şaxtyor" "Polissiya Jitomir"lə qarşılaşıb.

Gərgin keçən görüşdə gülən tərəf nominal meydan sahibləri olub: 1:0.

Bu qələbədən sonra Arda Turanın yetirmələri xallarının sayını 54-ə yüksəldərək" liderlik kreslosu"na əyləşib.

Ehtiyatında 1 oyun olmasına baxmayaraq "narıncı-qaralar" ən yaxın izləyicisi "LNZ Çerkassi"ni 3 xal qabaqlamağı bacarıb.

"Jitomir" isə 46 xalla 3-cü pillədə qalıb.

Xatırladaq ki, türkiyəli mütəxəssisin başçılıq etdiyi "Şaxtyor" ötən həftə Konfrans Liqasında AZ səddini keçərək adını yarımfinala yazdırmışdı. 

Fransa millisinin üzvü "Barsa"nın hədəfində "Yuventus" "Barselona"nın vingerinə "elçi düşdü" Vitinyanın durumuna aydınlıq gəldi "Barselona"nın üzvü İtaliya yolunda Qarnaço "Çelsi"ni tərk edir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью