Ukraynada yeraltı məktəb istifadəyə verildi FOTO

10.01.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Ukraynanın Sumı vilayətində regionda ilk yeraltı məktəbin tikintisi başa çatıb.

Bakupost.az "UP"-yə istinadən xəbər verir ki, vilayətin mərkəzində daha iki belə məktəb tikilib.

Sumı Regional Hərbi Administrasiyasının məlumatına görə, yeraltı məktəb Oxtırski rayonunun icmalarından birinin ərazisində tikilib. İşlər 2024-cü ilin sonunda başa çatdırılıb.

Radiasiya sığınacağı tezliklə uşaqlara və müəllimlərə tədrisə qayıtmağa imkan verəcək. Məktəb295 nəfər üçün nəzərdə tutulub və iki məqsədli binada yerləşir: ondan həm tədris prosesinin təşkili, həm də zəruri hallarda icma sakinlərinin müdafiəsi üçün istifadə oluna bilər.

Layihə birgə maliyyələşdirmə yolu ilə həyata keçirilib: 29,4 milyon qrivna dövlət büdcəsindən, daha 1,6 milyon qrivna isə icma tərəfindən ayrılıb.

Qeyd edək ki, Ukraynada 139-dan artıq belə məktəbin tikintisi planlaşdırılır.

Zaur, BakuPost



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью