Ukraynada yerləşən ABŞ səfirliyi təhlükəsizlik üçün bağlanıb

20.11.2024

Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də "mümkün ciddi hava hücumu” ilə bağlı məlumat aldıqlarına görə səfirlik təhlükəsizlik üçün bağlı olacaq. Bu barədə ABŞ Ukraynadakı səfirliyi məlumat yayıb. 

ABŞ səfirliyi Ukraynadakı amerikalılara hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağı tövsiyə edir.

Dünən Ukrayna Rusiya ərazisinə dərindən zərbə endirmək üçün ilk dəfə ATACMS-dən istifadə edib.

Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından başlayıb və bugünə qədər davam edir. 

Bir müddət öncə ABŞ prezidenti seçilən Tramp bildirib ki, hazırda müharibənin dayandırılması istiqamətində təkliflər planı hazırlanır. 

Gülnar Nazimqızı 


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью