Ukraynada zavodda yanğın olub, ölənlər var

22.08.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ukraynanın Lvov şəhərinin Sixov rayonundakı "İskra" zavodunun ərazisindəki aerozol balonlarının anbarında yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə Lvov meri Andrey Sadovıy teleqram kanalında bildirib.

Onun sözlərinə görə, xilasedicilər əvvəlcə iki ölünün meyitini aşkar ediblər, yanğın söndürüldükdən sonra isə üçüncü ölüm hadisəsi barədə bildirilib.

"Ümumilikdə üç ölüm hadisəsi məlumdur", - o yazıb.

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları hadisə yerində işləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью