Ukraynadakı müharibə bitəndən sonra müharibəyə xərclənən pullara görə Avropa liderləri hesab verəcəklər

11.03.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Avropanın bu gün Ukraynaya dəstək üçün can atması Ukraynaya ürək yanğısıyla yox, Ukraynanı düşünərək yox, öz təhlükəsizliyini qorumaq üçündür. Çünki Avropa Ukraynada heç nə əldə edə bilmədi. Bu gün Ukraynanı parçalamaq istəyən qüvvələr var. Polşa, Rumıniya, Almaniya, İngiltərə və Fransanın öz maraqları var idi, ancaq bu maraqları indi təmin olunmur. Ukrayna münaqişəsinin həlli Trampla, yəni ABŞ -la Rusiya arasında müəyyənləşdirilir. Avropada kənarda qalıb. Avropada olan rəhbərlik də məhz Amerika proyektini həyata keçirmək üçün vəzifəyə gətirilən şəxslər, yəni "müharibə" partiyasıdır”...

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert bildirib ki, Avropanın hazırda Zelenskinin dəstəkləməsində xüsusi bir faktor var.

Şair Ramaldanov

“Bu münaqişə bitəndən sonra həmin rəhbərlər tutduğu siyasət və qəbul etdiyi qərarlarla bağlı öz xalqına hesabat verməli olacaqlar. Belə olan halda, bu rəhbərliyin hamısı dəyişə dəyişəcək və Avropada da müəyyən proseslər gedəcək.

Digər bir məsələ, Tramp-Zelenski danışıqları fonunda Trampın 350 milyard və Zelenskinin 100 milyard dediyi, deməli 250 milyard havadadır. 250 milyard böyük bir rəqəmdir. Burada korrupsiya məsələləri ilə bağlı araşdırma aparılacaq. Avropa da Ukraynaya milyardlar xərcləyib. O pulların da aqibəti sual altındadır. Trampın yanaşması, sülhə doğru gedilməsi dünyanı bəlkə də müharibə mərhələsindən sülh mərhələsinə keçidə şərait yaradacaq. Ola bilsin ki, Tramp doğrudan da sülhü gətirən bir dövlət başçısı kimi tarixə düşəcək”-deyən hərbi ekspert vuurğulayıb ki, bəzi məqamlar var ki, onlar bizə hələ də aydın deyil.

Rusiya ilə ABŞ arasında hansı məsələlər müzakirə edilir?

Şair Ramaldanov, bu danışıqlar çərçivəsində müzakirə olunan mövzunun təkcə Ukrayna məsələsindən ibarət olduğunu düşünmür. Hərbi ekspert hesab edir ki, iki ölkə arasında keçirilən danışıqlar çərçivəsində geosiyasi məsələlər müzakirə edilə bilər.

“Geosiyasi məsələlərin müzakirəsi çərçivəsində bu dünyanı necə görürlər, necə öz aralarında bölüşdürüblər... Digər məsələ də odur ki, biz dünyada gedən proseslərə şahidlik edəcəyik. Dünyanın istiqaməti və Trampın atdığı addımlar bu gün onu deməyə əsas verir ki, biz müharibələrdən qurtula biləcəyik”-deyə Şair Ramaldanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью