Ukraynadakı müharibə üçün təcili addımlar atılmalıdır BMT

21.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

BMT Ukraynadakı münaqişə tərəflərini gərginliyin qarşısını almaq üçün təcili addımlar atmağa çağırır.

Redaktor.az xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə bildirib.

"Müharibə yanlış istiqamətdə gedir. Biz istəyirik ki, bütün tərəflər vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atsınlar. Rusiya və Ukrayna danışıqlara getsin. Mülki hədəfləri və ya mühüm mülki infrastrukturu hədəf almadan, xalqın müdafiəsini təmin etsinlər", - o qeyd edib.

Türkan İSGƏNDƏRLİ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью