Ukraynadakı münaqişə heç vaxt başlamamalı idi Tramp

14.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başlamasının səbəblərindən birinin ABŞ-nin keçmiş prezidenti Co Baydenin Rusiyaya münasibəti olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Gray Media” televiziya şirkətinə müsahibəsində danışıb.

“Bilirsiniz, bu müharibənin başlamasının səbəblərindən biri Baydenin nə etdiyini həqiqətən başa düşmədən Rusiyanı və hər kəsi lağa qoyması idi”, – deyə o bildirib.

Trampın sözlərinə görə, Ukraynadakı münaqişə heç vaxt başlamamalı idi. O, həmçinin qeyd edib ki, həmin vaxt ABŞ Prezidenti olsaydı, hadisələr fərqli cərəyan edərdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью