Ukraynadakı münaqişəyə görə Baydeni günahlandırdı

07.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Co Bayden administrasiyasını Ukraynada münaqişəni təhrik etməkdə ittiham edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Mar-a-Laqoda (Florida) iqamətgahında jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyata başlamasına məhz onun nümayəndələrinin səriştəsizliyi səbəb olub.

“Ancaq biz nə etdiyimizi bilirik. və bunların hamısı sona çatacaq, bizim böyük ordumuz var”, - Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью