Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu Fotolar

19.07.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.

Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью