Ukraynadan Avropa İttifaqına 4,2 milyon qaçqın gedib

08.11.2024

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var və onlar Avropa Komissiyasının 2022-ci ilin martında qəbul etdiyi qərarla onlara verilən müvəqqəti müdafiə hüququndan istifadə edirlər.

Bu barədə Aİ-nin “Eurostat” statistika agentliyi məlumat yayıb.

Ən çox ukraynalı qaçqın Almaniyada yaşayır - 1,3 milyon nəfər, Polşa ikinci yerdə - 0,98 milyon, Çexiya isə üçüncü yerdədir - 0,38 milyon.

Müvəqqəti müdafiə hüququndan yalnız 24 fevral 2022-ci il tarixindən sonra Avropaya gələn və ittifaqın ərazisində daimi yaşamayan Ukrayna vətəndaşları yararlana bilər. Beləliklə, bu status (2026-cı ilin mart ayına qədər etibarlıdır – Qeyd) qüvvədə olduğu müddətdə qaçqınlar iş, sağlamlıq, təhsil və sosial müavinət əldə edə bilərlər.(Report.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью