Ukraynadan əməliyyat: 250 rus əsgər əsir götürüldü

28.09.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

3-cü Ordu Korpusu “Vivaldi” əməliyyatının üçüncü mərhələsini başa çatdırıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski deyib.

“3-cü Ordu Korpusu Novoye, Redkodub və Katerinovka yaşayış məntəqələrini azad edib, həmçinin Karpovka və Novomixaylovka üzərində nəzarəti bərpa edib. 51 km² ərazi geri qaytarılıb və bununla da hücumun əvvəlindən bəri geri qaytarılan ümumi ərazi 176 km²-ə çatıb. Düşmənin itkiləri 2000 nəfər təşkil edib, 250-dən çox Rusiya hərbçisi isə əsir götürülüb”, - Biletski bildirib.

Onun sözlərinə görə, “Vivaldi” əməliyyatının üçüncü mərhələsinin əsas hədəfi rusların mühüm dayaq nöqtəsi olan Novoye yaşayış məntəqəsi olub:

“Düşmən əsas zərbənin Şandriqolovye – Zelyonaya Dolina istiqamətində endiriləcəyinə əmin idi. Bu, onların məhz həmin sektorda əks-hücumlar zamanı ehtiyat qüvvələrini mənasız yerə xərcləməsinə, eyni zamanda Novoyenin ələ keçirilməsini hədəfləyən əsl zərbəni əvvəlcədən görməməsinə səbəb oldu.

Rusiya qoşunları zabitləri, pilotları və artilleriyaçıları ilə birlikdə bütöv bölmələr halında təslim oldular”.

Qeyd edək ki, bu gün “DeepState” Teleqram kanalı Ukrayna ordusunun bir sıra yaşayış məntəqələrini azad etdiyi barədə məlumat yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью