Ukraynadan FIFA və UEFAya etiraz İdman və Biz

13.12.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.

İdman.biz xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.

Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.

Qeyd edək ki, Rusiya yığması bu ölkənin Ukraynanın ərazisinə müdaxiləsindən sonra beynəlxalq yarışlardan kənarlaşdırılıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью