Ukraynadan gözlənilməz qərar: 18 22 yaş arası kişilər...

26.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna hökuməti hərbi vəziyyət dövründə dövlət sərhədini keçmə qaydalarını yeniləyib. Artıq 18-22 yaş arası kişilərin sərhədi maneəsiz keçməsinə icazə verilir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərarla bağlı Teleqram kanalında yazıb.

"Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью