Ukraynadan hələlik heç bir cavab gəlməyib

29.05.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsinin keçirilməsi təklifinə Ukraynadan hələlik cavab almadıqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Ukraynanın danışıqların yeni raundunu "pozacağı" halda Rusiyanın addımları ilə bağlı sualı cavablandıran Peskov deyib:

"İyunun 2-də ikinci raund üçün İstanbulda görüşməyi təklif etdik. Ukraynadan cavab gözləmək və ona uyğun istiqamətlənmək lazımdır. Bildiyimə görə, Ukraynadan hələlik heç bir cavab gəlməyib"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью