Ukraynadan İnfantinoya kəskin reaksiya: Qadağa ləğv olunmamalıdır

02.02.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynadan İnfantinoya kəskin reaksiya: "Qadağa ləğv olunmamalıdır"

Ukrayna Futbol Assosiasiyası FİFA prezidenti Canni İnfantinonun Rusiya millisinin beynəlxalq arenaya qayıtması barədə fikirlərinə kəskin reaksiya verib.

QOL.az xəbər verir ki, Ukrayna tərəfi FİFA rəhbərini Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməməyə çağırıb. Qurumun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:

"Biz qadağanın effektiv olmadığını iddia edən fikirlərlə razılaşmırıq. Rusiya yığmalarının hər hansı formada yenidən yarışlara qaytarılması turnirlərin təhlükəsizliyini və idman prinsiplərinin bütövlüyünü risk altına qoyur".

Qurum hesab edir ki, yarışlarda iştirak qadağası Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər təsirli vasitədir.

Qeyd edək ki, Rusiyanın bayraq və himnlə birlikdə beynəlxalq turnirlərə qayıtması məsələsi aprelin 30-da Kanadanın Vankuver şəhərində keçiriləcək FİFA Konqresində müzakirəyə çıxarıla bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью