Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının növbədənkənar iclasının nəticələrinə əsasən, Ukrayna Rusiyanın Agentlikdəki hüquqlarının məhdudlaşdırılması prosesini rəsmi şəkildə başladıb.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.
İclas Ukraynanın müraciəti ilə çağırılıb. Şmıqalın sözlərinə görə, bu cür hərəkətlər MAQATE tərəfindən müəyyən edilmiş nüvə təhlükəsizliyinin yeddi əsas prinsipindən birinin birbaşa pozulmasıdır.
“Qəsdən nüvə təhlükəsizliyini sarsıdan dövlət Agentliyin əsas siyasi orqanında tamhüquqlu iştirak edə bilməz”, – baş nazir vurğulayıb.
Şmıqal MAQATE-nin baş direktoru Rafael Qrossiyə və bu addımları qətiyyətlə pisləyən tərəfdaşlara təşəkkür edib, Ukraynanın enerji və nüvə təhlükəsizliyinə dəstək göstəriləcəyini bildirib.
O, xüsusilə Zaporojye AES ətrafındakı vəziyyətə diqqət çəkərək qeyd edib ki, stansiya genişmiqyaslı işğalın başlanmasından bəri artıq 12 dəfə tam şəkildə xarici elektrik təchizatını itirib. Ukrayna tərəfi “Rosatom”a qarşı hərtərəfli sanksiyaların tətbiqinə və bu şirkətlə əməkdaşlığın bütün sahələrdə məhdudlaşdırılmasına çağırıb.
“Artıq nüvə təhlükəsizliyini sarsıdan təcavüz aktlarına görə real məsuliyyət tətbiq etməyin vaxtıdır”, – deyə Şmıqal vurğulayıb
Əliyar Xəlil