Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ukrayna vasitəçilər yolu ilə Rusiyaya Qara dənizdə zərbələri dayandırmağı təklif edib və Moskvadan cavab gözləyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa “Suspilne” telekanalının efirində bildirib.
Xarici siyasət idarəsinin rəhbəri Kiyevin atəşkəsə hazır olduğunu qeyd edib:
“Qara dənizdə gərginliyin azaldılmasında, eləcə də vasitəçilik səylərində fəal və mühüm rol oynayan Hindistana, Türkiyəyə və Misirə minnətdarıq”.
Qeyd edk ki bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna tərəfindən enerji resurslarının, eləcə də taxılın maneəsiz tədarükünü təmin etmək məqsədilə beynəlxalq ictimaiyyətin Qara dənizdə məhdud atəşkəsə marağının artdığını demişdi.