Ukraynadan sonra Rusiya NATO ya hücum edəcək Kəşfiyyat

22.04.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukraynadakı hərbi əməliyyatların bitməsindən sonra Rusiya bir il ərzində NATO-ya müqavimət göstərmək üçün kifayət qədər hərbi potensialını artıra bilər.

Axar.az xəbər verir ki, bu qiymətləndirmə Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) tərəfindən aparılıb.

Bildirilib ki, Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra bir il ərzində ən əlverişli şəraitdə NATO ilə bir növ regional münaqişəyə girmək və alyansa açıq şəkildə qarşı çıxmaq üçün hərbi gücünü xeyli artıra biləcək.

Sənəddə bu mümkün münaqişənin mahiyyəti və ya coğrafi əhatə dairəsi ilə bağlı heç bir izahat verilmir.

Lakin MIVD hesab edir ki, Ukraynada hərbi əməliyyatlar davam etdikcə, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma praktik olaraq istisna olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью