Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Ukrayna ordusunun Rusiyanın Tatarıstan bölgəsinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilir.
BAKU.WS-in məlumatına görə, Tatarıstan rəhbərinin mətbuat xidməti açıqlayıb ki, Nijnekamsk şəhərində avtomobilə PUA zərbəsi nəticəsində 2 nəfər həyatını itirib.
Hücumlar zamanı sənaye və mülki obyektlərə də ziyan dəyib. Nəticədə 12 nəfərin yaralandığı açıqlanıb.
Hazırda Nijnekamskda hücumdan sonra müəssisələrdən birində başlayan yanğının söndürülməsi davam etdirilir.