Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri qanuni yollara əl atmaq məcburiyyətində qalıblar

26.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 26 yanvar, AZƏRTAC

Ukraynadan olan ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollar və fırıldaq məsləhətçilərə müraciət etmək məcburiyyətində qalıblar.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu vəziyyətin səbəbi Mühafizəkarlar hökumətinin Ukrayna sponsorluq sxemlərində etdiyi dəyişikliklərdir. Bu dəyişikliklər uşaqların valideynlərinə qoşulmasını əngəlləyir və nəticədə ukraynalı ailələr məcburiyyət qarşısında qalaraq uşaqlarını qeyri-qanuni yollarla Böyük Britaniyaya gətirməyə çalışırlar. Bu isə uşaqların cinayətkarlar və insan alverçiləri tərəfindən istismar edilmə riskini artırır.

Ukraynalılara dəstək verən bir xeyriyyə təşkilatı bu həftə daxili işlər nazirinə məktub yazaraq ailələrin təhlükəsiz şəkildə birləşməsini təmin etmək üçün hökumətin tədbir görməsini tələb edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью