Ukraynalı aktyor müharibədə həlak olub

20.11.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəsini Rusiya işğalçılarından müdafiə edən ukraynalı aktyor Pyotr Velikiy cəbhədə həlak olub. Onun 48 yaşı var idi.

Modern.az xəbər verir ki, faciəli xəbəri Çerniqov Vilayəti Musiqili Dram Teatrının direktor müavini Aleksandr Mayşev öz Facebook səhifəsində yazıb.

Akyttorun ölümünü qızı Ketrin də təsdiqləyib.

Pyotr Velikiy Xarkov İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. 2004-cü ildə teatrda aktyorluq karyerasına başlayıb. Müharibənin əvvəlində Ukrayna Silahlı Qüvvələrinə qoşularaq səhnəni cəbhəyə dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью