Ukraynalı deputat cinayətkar dəstəyə rəhbərlik edibmiş | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyevdə millət vəkili Anna Skoroxoda (“Gələcək naminə” fraksiyası) qarşı mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik etmək ittihamı ilə istintaq başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) məlumat yayıb.
Məlumata görə, Ukrayna Ali Radasının deputatı Anna Skoroxod bir sahibkardan 250 min dolları rüşvət tələb etməkdə şübhəli bilinir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Onun evində axtarış aparılır.
Anna Skoroxod məsələ ilə bağlı açıqlamasında gizlədəcək heç nəyinin olmadığını bildirib və aparılan yoxlamaları müxalifətə təzyiq kimi qiymətləndirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu