Ukraynalı deputat Zelenski ilə Trampı müqayisə etdi

03.04.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Ali Radanın deputatı Aleksandr Dubinski teleqram-kanalında ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenskini müqayisə edib.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o “Zelenski və Tramp arasındakı əsas fərq nədir?” sualına cavabında deyib:

“Tramp ABŞ-da ömürlük qızıl viza, Zelenski isə Ukraynanı tərk etmək üçün viza satır”.

Xatırladaq ki, bu günlərdə Ağ evin sahibi ABŞ-da 5 milyon dollar dəyərində yeni “qızıl yaşayış icazələri” proqramının işə salındığını elan edib.

“Proqram iki həftə ərzində işə salınmalıdır və ondan əldə olunan gəlir Amerikanın büdcə kəsirinin ödənilməsinə yönəldilə bilər”, - deyə Tramp vurğulayıb.

ABŞ-nin ticarət naziri Hovard Lutnik isə bildirib ki, bu vizaya müraciət edənlər yoxlanışından keçməlidirlər.

Əlavə edək ki, son məlumatlara görə, 2022-ci ilin fevralından Ukraynanı 6,7 milyon nəfər tərk edib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью