Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Pokrovsk şəhərinin 80%-dən çoxunu işğal edib.
Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Maryana Bezugla deyib.
“Prezident risk edir, əsgərləri səmimi qəlbdən dəstəkləyir. Lakin sistemli problemlər həll olunmur və biz eyni şəkildə şəhərləri itiririk. İndi Pokrovsk və Mirnoqrad şəhərlərini əldən verəcəyik. Pokrovsk şəhərinin 80%-dən çoxu artıq Rusiyanın nəzarəti altındadır”, – deyə o yazıb.
Deputat bildirib ki, Ukrayna rəhbərliyinin səylərinə baxmayaraq, əsas hərbi məsələlərdə həll yollarının olmaması eyni səhvlərin təkrarlanmasına və şərq cəbhəsində şəhərlərin itirilməsinə gətirib çıxarır.
Əliyar Xəlil