Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 2 oktyabr, AZƏRTAC
Ənənəvi olaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsində payız-qış dövrünün başlanğıcı enerji generasiyasına hücumların başlanması ilə qeyd olunur. Bu kontekstdə 2026-2027-ci illərin payız-qış ayları da istisna olmayacaq. Rusiya Ukraynada enerji obyektlərinə hücumlara başlayıb, Bu, gözlənilən idi və hazırda yeganə məsələ Ukrayna müdafiə qüvvələrinin bu hücumlara nə dərəcədə hazır olmasıdır.
Bu barədə ukraynalı ekspert İvan Us AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda reaktiv mühərrikli dronlardan istifadə edir. Hələlik onlara qarşı təsirli bir əks tədbir görülməsə də, Ukrayna Kiyevin mərkəzi də daxil olmaqla mülki infrastruktur obyektlərinə edilən və mülki şəxslərin ölümünə səbəb olan olduqca ağrılı zərbələrə baxmayaraq, bu məsələnin üzərində işləyir.
Ekspert əlavə edib ki, enerji atəşkəsinə gəldikdə, Rusiya buna hazır deyil. Çünki Moskvanın yanaşmasına əsasən, istənilən atəşkəs zəifliyin əlamətidir və Rusiya əmindir ki, bu müharibədə qalib gəlir.
“İstənilən çətinliyə həmişə cavab vermək olar, necə ki, kruiz raketlərinə və sadə dronlara qarşı tədbirlər görüşmüşdü. Beləliklə, əslində, Ukrayna indi ballistik raketlərə və reaktiv mühərrikli dronlara cavab axtarır. Düşünürəm ki, reaktiv mühərrikli dronlarla daha asan, ballistik raketlərlə mübarizə daha çətin olacaq, amma buna baxmayaraq, cavab gözləntisi 2026-2027 payız-qış mövsümünün proqnozlarında nikbinliyə əsas verir”, - deyə ukraynalı ekspert vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev