Ukraynalı əsgərlərə işgəncə verilən həbsxananın rəhbəri məhv edildi VİDEO

09.12.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 9-da səhər saatlarında işğal altında olan Donetskin Universitetskaya küçəsində minik avtomobili partlayıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, iki nəfər ağır yaralanıb. Hadisə “Park İnn” otelinin yaxınlığında baş verib və Rusiya İstintaq Komitəsi artıq cinayət işi açıb. Partlayıcı maddələrin ekspertizası da daxil olmaqla məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Mash Telegram kanalı xəbər verir ki, partlayış nəticəsində “Donetsk Xalq Rerspublikası” Yelenovskaya həbsxanasının rəhbəri Sergey Yevsyukov həlak olub. Onun həyat yoldaşı da ağır yaralanıb, ayağı qopub və o, xəstəxanadadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью