Ukraynalı futbolçu Premyer Liqada klubunu dəyişə bilər

16.11.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Çelsi"nin futbolçusu Mixaylo Mudrik Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Kristal Pelas" ukraynalı vingeri heyətinə qatmaq istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Göy-qırmızılar" 23 yaşlı ön xətt oyunçusunu yanvar ayında icarəyə götürmək üçün onun klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, "Çelsi" Mixaylo Mudriki ötən ilin yanvarında "Şaxtyor"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью