Ukraynalı general real təklif vermişdi, qovdular Sparts

29.11.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada ümumi səfərbərliyə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının İndiana ştatından olan respublikaçı üzvü, Ukraynada doğulmuş Viktoriya Sparts deyib.

“Bütün ölkəni hərbi xəttə keçirməlisiniz. Bunun iki il öncə, generallardan biri uzun müddət cəbhə xəttində olanları əvəz etmək üçün qəbulu artırmaq və onlara təlim keçməyi təklif edəndə edilməli idi”, - deyə o bildirib.

Sparts generalın adını açıqlamayıb və bildirib ki, həmin şəxs artıq qovulub və onun yerinə ölkəni real olaraq müharibəyə hazırlamayan “marionet” təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью