Ukraynalı hakerlər Moskvada ictimai nəqliyyata nüfuz ediblər: Nüvə bombası təhlükəsi həyəcanı

12.08.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiyanın paytaxtı Moskvada hakerlərin müdaxiləsi nəticəsində nəqliyyat avtobusunda nüvə bombası təhlükəsi barədə səsyazısı işə salınıb.

Oxu.Az xəbər verir ki, görüntüləri "Ostorojno, Moskva" "Telegram" kanalı yayıb.

Xəbərdarlıqda sərnişinlərə nüvə bombası təhlükəsi və sığınacağa getmək çağırışı edilib.

"Diqqət, diqqət, Ukrayna bizi nüvə bombası ilə hədələyir, hamı sığınacağa getsin", - çağırışda deyilib.

Öz növbəsində, "Transavtoliz" kommersiya daşıyıcı şirkəti bir neçə avtobusunun haker hücumuna məruz qaldığını təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью