Ukraynalı kişilərin Aİ yə girişi məhdudlaşdırıla bilər

18.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sadələşdirilmiş giriş qaydalarını yenidən nəzərdən keçirərək Ukrayna ərazisindən Avropa İttifaqına (Aİ) qaçqınların qəbulunu məhdudlaşdırmaq niyyətindədir. 

“Qafqazinfo” “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun Aİ ölkələrinin liderlərinə ünvanladığı məktubunda deyilir.

Bildirilir ki, Avropa Komissiyası Ukraynanın müvəqqəti müdafiəsinin uzadılmasını təklif edəcək, lakin bu, ölkənin özünü müdafiə etmək qabiliyyətinə xələl gətirməmək üçün məhdudlaşdırılacaq.

“Bu, xüsusilə hərbi xidmət yaşında olan kişilərin girişinin çətinləşdiriləcəyinə işarə kimi yozula bilər. Fon der Lyayen planlaşdırılan təklifin heç bir təfərrüatını təqdim etməyib”, - məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью