Ukraynalı məşqçi dünyasını dəyişdi

15.01.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev “Dinamo”su və Donetsk “Şaxtyor”unun sabiq futbolçusu Mixaylo Stelmax dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Lvov futbolunun istedadlı yetirməsinin ürəyi 58 yaşında dayanıb. 

Stelmax futbolçu karyerası ərzində "Qalisiya", "Karpatı" və "Vorskla" klublarında da çıxış edib.

2024-cü ilin sentyabrından Mixailo Andriyeviç “Skala 1911”də baş məşqçinin köməkçisi olub.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью