Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı

11.09.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Venesuelanın Bolivar ştatında kiçikhəcmli təyyarə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə "El Pitazo" nəşrinin məlumatında deyilir.

Təyyarədə ukraynalı model Sofiya Komar və iki yerli iş adamı olub.

Bildirilib ki, Kanaima Milli Parkından havaya qalxan təyyarə Syudad-Bolivar hava limanında qəzaya düşüb.

İlkin məlumata görə, bütün sərnişinlər və pilotlar xəsarət alsalar da sağ qalıblar.

Qəzanın səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью