Ukraynalı mütəxəssislər bu ölkələrin hərbçilərinə təlim keçəcək Zelenski açıqladı

08.03.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ilk mütəxəssislər qrupunun 9 martda Yaxın Şərqə yola düşəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Zelenskinin sözlərinə görə, ukraynalı mütəxəssislər Fars körfəzi ölkələrinin hərbçilərinə dronları vurmaq üçün təlim keçəcəklər.

O qeyd edib ki, Şərq ölkələri Ukraynanın pilotsuz uçuş aparatlarını almaqda maraqlı olduqlarını bildiriblər.

Ukrayna lideri həmçinin vurğulayıb  ki, ölkə Ukrayna Silahlı Qüvvələri (UAH) tərəfindən istifadə olunmayan bəzi tutucu qurğuları Yaxın Şərqə satmağa hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью