Ukraynalı nazir Azərbaycana minnətdarlıq edib

19.11.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ukrayna minaların təmizlənməsində göstərdiyi yardıma görə Azərbaycana minnətdardır.

“Ölkə.az” xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk mətbuat konfransı zamanı bildirib.

“Minalardan təmizləmə və enerji infrastrukturunun bərpası məsələlərində Ukraynaya göstərdiyi böyük dəstəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim”, - o deyib.

Nazir qeyd edib ki, hazırda Ukraynada 174 min kv.km. ərazi minalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью