Ukraynalı nazir: Minatəmizləmədəki yardıma görə Azərbaycana minnətdarıq

19.11.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna minaların təmizlənməsində göstərdiyi yardıma görə Azərbaycana minnətdardır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk mətbuat konfransı zamanı bildirib.

“Minalardan təmizləmə və enerji infrastrukturunun bərpası məsələlərində Ukraynaya göstərdiyi böyük dəstəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim”, - o deyib.

Nazir qeyd edib ki, hazırda Ukraynada 174 min kv.km. ərazi minalanıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью