Ukraynalı oliqarxı Monakoda partlatdılar VİDEO KONKRET

30.06.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Monakoda ukraynalı biznesmen Vadim Yermolayevə qarşı sui-qəsd həyata keçirilib.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, naməlum şəxs binanın girişində əldəqayırma partlayıcı qurğu yerləşdirilən çanta qoyaraq hadisə yerindən uzaqlaşıb.

Qısa müddət sonra baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

Yaralananlar arasında Vadim Yermolayev, bir qadın və bir yeniyetmə var. Məlumata əsasən, böyüklərin vəziyyəti kritikdir.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb.

Qeyd edək ki, Vadim Yermolayev “Alef” korporasiyasının təsisçisidir və vaxtilə Ukraynanın ən varlı biznesmenlərindən biri olub. O, 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib. 2023-cü ilin dekabrında isə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən ona qarşı sanksiyalar tətbiq edilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью