Ukraynalı partizanlar Rostovda elektrik stansiyasını partlatdılar

29.10.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın ATEŞ partizan hərəkatının agentləri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində elektrik yarımstansiyasında təxribat törədiblər. Həmin yarımstansiya Rusiya ordusunun ehtiyacları üçün bərk raket yanacağı istehsal edən müəssisəni elektrik enerjisi ilə təmin edir.

Teleqraf xəbər verir ki, bu barədə ATEŞ Teleqram kanalında məlumat yayıb.

“Kamenski” Kombinatı Federal Dövlət Müəssisəsi hərbi-sənaye kompleksinə aid müəssisədir. Burada “Uraqan”, “Smerç”, “Tornado-S” reaktiv yaylım atəşi sistemləri, eləcə də digər raket və aviasiya sistemləri üçün bərk raket yanacağı istehsal olunur”, - məlumatda bildirilib.

Qeyd olunub ki, elektrik enerjisinin paylama qovşağının zədələnməsi müəssisənin fəaliyyətində problemlər yaradır və avadanlıqların təmiri üçün vaxt tələb edir. Bu cür hadisələr istehsal zəncirində fasilələrə səbəb olur və zavod mütəxəssislərini məhsul istehsalı əvəzinə bərpa işləri ilə məşğul olmağa məcbur edir.

“Arxa cəbhədə həyata keçirilən bu cür hədəfli müdaxilələr Rusiya ordusunun təminatında iştirak edən müəssisələrin logistikasını və fəaliyyətini çətinləşdirir. Biz müharibəyə xidmət edən arxa cəbhə infrastrukturundakı zəif nöqtələri müəyyənləşdirməyə və onlardan istifadə etməyə davam edirik”, - Ukraynanın partizan hərəkatı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью