Ukraynalı səfir Bolqarıstan XİN ə ÇAĞIRILDI

09.08.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bolqarıstan ərazisində Trans-Balkan qaz kəmərinin kompressor stansiyasının yaxınlığında, ehtimal ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatının partlamasından sonra Ukraynanın səfiri Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qurumun rəhbəri Velislava Petrova avqustun 8-də baş vermiş pilotsuz uçuş aparatı insidenti ilə əlaqədar Ukraynanın səfiri Olesya İlaşçuku XİN-ə çağırıb.

XİN qeyd edib ki, görüş avqustun 10-da, bazar ertəsi keçiriləcək. Buna səbəb İlaşçukun hələ ölkəyə qayıtmamasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью