Ukraynalı uşaqlar bu gün Azərbaycana gəlir

28.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, qarşılama saat 17:00-da olacaq.

Uşaqlar düşərgələrə yerləşdiriləcək.

Qeyd edək ki, ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью