Ukraynalı voleybolçu Gəncə ni tərk edib

08.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Ukraynalı voleybolçu Olena Napalkova "Gəncə" klubunu tərk edib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionatındandan sonra idmançı karyerasını Finlandiyada davam etdirəcək.

O, vaxtilə millimizin voleybolçusu Kristina Besmanın çıxış etdiyi “Vesti” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, “Gəncə” bu günlərdə amerikalı Alisa Kimi toppaylayıcı mövqeyinə alıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью