Ukraynalı voleybolçular vətənə dönmədilər

22.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynalı 3 voleybolçu Çağırış kubokunun oyunundan sonra Belçikadan vətənə qayıtmayıb. Sport24.az xəbər verir ki, "Reşetilovka"nın üzvləri Ruslan Osipenko, Andrey Oropko və Dmitri Şavrak "Menen"lə qarşılaşmadan sonra Ukraynaya dönməməyə qərar veriblər. 

Klubun meneceri Nikolay Kuranov isə sərhədi keçərkən birbaşa hərbi xidmətə aparılıb.

Qeyd edək ki, Poltava bölgəsinin "Reşetilovka" voleybol klubu turnirin 1/16 final mərhələsində "Menen"ə hər iki görüşdə 0:3 hesabı ilə uduzaraq, yarışla vidalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью