Ukraynalılar 10 günlük ərzaq ehtiyatı toplamalıdırlar

01.09.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynalılar ən azı 7-10 günlük ərzaq və su ehtiyatı toplamalıdırlar.

Axar.az xəbər verir ki, bunu Kiyev şəhəri üzrə Dövlət Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin Baş İdarəsinin rəisi Anatoli Katerençuk deyib.

“Əvvəla, bu gün evdə içməli su təchizatımız olmalıdır. Bu, vacibdir. Həmçinin insanların gündəlik istehlak etdiyi məhsullar olmalıdır. Belə ehtiyat təxminən bir həftə–bir həftə yarım kifayət edə bilər”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью