Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Pedrinyo Ukrayna pasportu almağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, Sergey Rebrovun rəhbərlik etdiyi Ukrayna millisinin məşqçilər heyətinin nümayəndələri artıq 27 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayaraq onun yığmada oynamaq perspektivini müzakirə ediblər.
Pedrinyonun dünya çempionatının seçmə mərhələsinin pley-offu çərçivəsində martın 26-da İsveçə qarşı keçiriləcək oyuna çağırılması nəzərdən keçirilir. Qeyd etmək lazımdır ki, braziliyalı futbolçuya vətəndaşlıq verilməsi ilə bağlı söhbətlər 2022-ci ilin əvvəlindən bəri gəzir.
Qeyd edək ki, "Şaxtyor" yarımmüdafiəçini 2021-ci ilin yayında 18 milyon avroya "Benfika"dan trandfer edib. O, 2022-ci ildən 2024-cü ilə qədər "Atletiko Mineyro"da icarə əsasında oynayıb.