Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynalılar cəbhəyə getmək istəmir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.
O bildirib ki, ərazi üzrə toplanma mərkəzlərinin (hərbi komissarlıq) fəaliyyət formatının dəyişdirilməsindən möcüzə gözləmək lazım deyil:
“Orduya insan kapitalı lazımdır. İnsanlar isə televizor, internet, Teleqram, digərlərinə baxırlar. Döyüşmək üçün güclü istək yoxdur. Amma minimum bir plan var: Cəbhəni dəstəkləmək üçün minimum sayda insan. Bu iki reallıq arasında qətiyyən körpü yoxdur. Buna görə də, insanlar gəlməsə, səfərbər olunacaqlar. Proses mahiyyətcə eynidir, möcüzə gözləməyə dəyməz. Əks halda, cəbhə çökəcək".