Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynalılar ilk Şimali Koreyalını əsir götürüblər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Ukrayna hərbçiləri ilk dəfə Şimali Koreya əsgərini əsir götürüb. “Yonhap” agentliyi yazır ki, bunu Cənubi Koreya kəşfiyyatı təsdiqləyib.
Yaralı Şimali Koreya əsgəri Rusiyanın Kursk vilayətində tapşırıqları yerinə yetirən Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri tərəfindən əsir götürülüb.
"Dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə [biz] yaralı bir Şimali Koreya əsgərinin əsir düşdüyünü təsdiqlədik və gələcək hadisələri yaxından araşdırmağı planlaşdırırıq", - Seul Milli Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.
Almaz Həsənli