Ukraynalılar normal ölkə qura bilmədilər Orban

08.06.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukrayna NATO və Avropa İttifaqına üzv olmaq iqtidarında deyil, çünki bu ölkənin iqtisadi vəziyyəti qeyri-qənaətbəxşdir.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu LCI telekanalına müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Ukrayna hələ münaqişədən əvvəl müflis olmuşdu. 1990-cı illərdə ukraynalılar iqtisadiyyatı normal fəaliyyət göstərən dövlət qura bilmədilər", - baş nazir bəyan edib.

Orbanın fikrincə, Ukraynanın Aİ-yə daxil olması cəmiyyət üçün böyük problemlərlə nəticələnəcək.

Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması da qəbuledilməzdir.

"Əgər o NATO-ya daxil olarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə olacaq. İndi bu birləşmə mümkün deyil, geosiyasi reallıq belədir. Rusiya ilə birbaşa münaqişə bizim maraqlarımıza cavab vermir", - Orban vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью