Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna nümayəndə heyəti Donald Tramp və Volodimir Zelenskinin mübahisəsindən sonra dialoqların bərpası üçün yalvarırdılar.
Globalinfo.az xəbər verir ki, bunu “Fox News” televiziya kanalının jurnalisti Ceki Haynrik deyib.
“Tramp Zelenskini qovdu. O, Ağ Evi özü tərk etməyib. Ukrayna nümayəndə heyəti dialoqların bərpası üçün yalvarıblar, lakin ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin milli təhlükəsizlik ürə köməkçisi Mayk Uolts onlara bildiriblər ki, Zelenski Ağ Evin ərazisini tərk etməli və yalnız sülhə hazır olduğu zaman geri qayıtmalıdır”, – Ağ Evdə bir mənbəyə istinad edən jurnalist bildirib.
Aysel Əliyeva
Globalinfo.az