Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukraynalıların 61%-i Prezident Volodimir Zelenskiyə etibar etməkdə davam edir. Onların 33%-i isə Prezidentə etibar etmədiiklərini bildirir.
“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) tərəfindən aparılan və Ukrayna mediasında dərc edilən sorğunun nəticələri bunu göstərir.
Sosioloqların məlumatına görə, respondentlərin 25%-i Zelenskiyə tam etibar edir, digər 36%-i isə ona qismən etibar edir.
Prezidentə etibar etməyənlər arasında 17%-i ona qəti etibar etmədiyini, 16%-i isə qismən etibar etmədiyini bildirib.
KIIS qeyd edir ki, yanvar ayının əvvəlində də Prezidentə etimad səviyyəsi demək olar, eyni olub.
KIIS hesab edir ki, faktiki etibar səviyyəsi birbaşa sorğuların göstərdiyindən bir qədər aşağı ola bilər. Sosioloqlar izah edirlər ki, bu, Prezidenti tənqid etmək qorxusu ilə əlaqəli deyil: “İnsanların "dövlətçi" reaksiya verməsi daha çox ehtimal olunur. Onlar narazı olsalar belə, müharibə dövründə birliyi dəstəkləyirlər".
“AzPolitika.info”