Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Nə qədər lazımdırsa” müharibəyə dözməyə hazır olan ukraynalıların sayı kəskin azalıb: vətəndaşlar tezliklə sülh istəyirlər Müharibə yükünü lazım olduğu qədər çəkməyə hazır olan ukraynalıların sayı bir il ərzində 16 faiz azalıb.
2024-cü ilin dekabrına bu rəqəm 57 faiz təşkil edib. Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğu ortaya çıxarıb.
Tədqiqatçılar qeyd ediblər ki, Rusiya ordusunun Ukraynaya hücumunun ilk günündən, yəni 2022-ci ilin fevral ayından 2024-cü ilin fevral ayına qədər vəziyyət demək olar ki, dəyişməz qalıb: ukraynalıların təxminən 71-73 faizi ardıcıl olaraq müharibəyə lazım olan qədər dözməyə hazır olduqlarını bildiriblər.
Bununla belə, ötən ilin fevral-oktyabr ayları arasında bu şəkildə cavab verən Ukrayna sakinlərinin nisbəti ilk dəfə olaraq 63 faizə düşüb.
Bundan sonra 2024-cü ilin oktyabrından dekabr ayına kimi 57 faizə enib.
Eyni zamanda, “müharibəyə bundan sonra da dözməyə hazırsınızmı?” sualına cavab verməkdə çətinlik çəkənlərin də sayı artıb - oktyabrda 12 faizdən dekabrda 18 faizə çatıb.
Digər 3 faiz bir il, 3 faiz - altı ay, 18 faiz bir neçə ay dözməyə hazır olduqlarını söyləyiblər.